ABŞ-da benzinin qiyməti BAHALAŞDI – YENİ QİYMƏTLƏR
Kateqoriya məlum deyil
ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti yenidən tarixi maksimumunu yeniləyərək bir qallon (3,785 litr) üçün 4,81 dollara çatıb.
Sfera.az xəbər verir ki, bu barədə TASS Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırkı prezident Co Bayden vəzifəyə gələndən yanacağın qiyməti qalxıb.
İyunun 4-də ölkədə “Regular” markalı benzinin bir qallonunun qiyməti 4,8 dollara qalxıb, Baydenin andiçməsindən sonrakı ilk həftədə – keçən il yanvarın sonunda bu rəqəm 2,39 dollar olub. (APA)






