Dünyada ərzaq qiymətləri 27,5 faiz bahalaşıb

İqtisadiyyat
13:34 / 14.12.2021
1201
Bu ilin noyabrında qlobal ərzaq qiymətlərində yüksəlmə davam edib. Noyabrda qiymət səviyyəsi daha 1,2 faiz yüksələrək 134,4 həddinə çatıb.
Sfera.az bildirir ki, son bir ildə qiymətlərdə artım daha böyük olub. Bir il əvvəlki qiymətlərlə müqayisədə bahalaşma bu il 27,5 faiz təşkil edib.
Son bir ildə ən yüksək bahalaşma bitki yağlarında və şəkərdə qeydə alınıb.
Noyabrda bitki yağlarının qiyməti ötən ilin eyni tarixi ilə müqayisədə 51,4 faiz artıb. Bir ay əvvəlki tarixlə müqayisədə isə 0,2% ucuzlaşma var.
Şəkərin qiyməti son bir ildə 38 faiz artıb. Aylıq müqayisədə də şəkər bahalaşıb və oktyabra nisbətən qiymət artımı 1,4 faiz olub.
Son bir ildə digər mühüm ərzaq mallarından taxıl 23,2 faiz, ət 17,6 faiz bahalaşıb.
Vasif
Sfera.az