Azər Türk Bank və əməkdaşları "Yaşat" Fonduna vəsait köçürdü
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların vəŞəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış "YAŞAT” FondunaAzər Türk Bank tərəfindən50min manatvə Bankın əməkdaşları tərəfindən əlavə olaraq40 min manat(cəmi 90 min manat)vəsait köçürülüb.
Bankın kollektivi Vətən naminə canından keçən bütünŞəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizə can sağlığı arzu edir.
Qeyd edək ki, 08 Dekabr 2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların vəŞəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. Fond sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədi ilə yaradılıb.
Azər Türk Bank bundan öncəAzərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna100 min manatmiqdarında vəsait köçürmüşdür.






