Logo

Pensiyaları bütün bankomatlardan komissiyasız almaq olar

Pensiyaları bütün bankomatlardan komissiyasız almaq olar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

COVID-19 koronavirus infeksiyası ilə bağlı elan edilmiş karantin dövründə pensiyaçı

müştərilərin sağlamlığı qayğısına qalaraq onlara daha bir imkan yaradılıb. Azərbaycan

Beynəlxalq Bankının müştəriləri də aprelin 8-dən etibarən iki ay müddətində öz

pensiyalarını ölkəmizdəki bütün bankların və Azərpoçt-un bankomatlarında komisyonsuz

nağdlaşdıra bilərlər.

Vətəndaşların öz pensiyalarını yaşadıqları ərazidə, onlara ən yaxın bankomatda ala

bilməsi xüsusilə pensiyaların verildiyi günlərdə bankomatlar qarşısında növbələrin

qarşısını alacaq, yaşlı insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək

göstərəcək. Azərbaycan Beynəlxalq Bankı öz bankomatlarının işlək səthinin gündəlik

dezinfeksiya olunmasını da təmin edir.

Bank pensiyaçıları ödənişlərini mümkün qədər nağdsız aparmağa çağırır.

Nağdlaşdırmanın zəruri olduğu hallarda isə bank bütün müştərilərinə karantin rejiminin

tələblərinə riayət edərək bankomatlar qarşısında ən azı 2 metr məsafə saxlamağı tövsiyə

edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri

barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən,

937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək

olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR