Logo

Azərbaycandan Ukrayna ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

Azərbaycandan Ukrayna ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukraynada bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb

Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə martın 17-si saat 00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb. Bu barədə Avtosfer.az-a "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Bununla əlaqədar, Bakıdan martın 21-dən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.

Bakıdan martın 14-də yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov-sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR