“İnflyasiya qaçılmaz olacaq...” – Ekspert hansı məhsulların bahalaşacağını AÇIQLADI

“İnflyasiya qaçılmaz olacaq...” – Ekspert hansı məhsulların bahalaşacağını AÇIQLADI

Tarif Şurasının qərarı ilə dünəndən Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.


Yanacağın qiymətinin bahalaşması digər sahələrdə də qiymətlərin artması narahatlığını doğurub.


Maraqlıdır, benzin və dizeldə müşahidə olunan bahalaşma hansı sahələrdə qiymət artımı ilə nəticələnəcək?



Məsələ ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli yanacağın qiymət artımının bir çox sahələrdə bahalaşmaya səbəb olacağını düşünür:


"Aİ-92 markalı benzinin qiymətinin artması artıq inflyasiyanın yaranması üçün ciddi səbəbdir, bundan qaçmaq mümkün deyil. Aqrar sahədə və logistikada qiymət artımının olması məhsulun maya dəyərinə və son qiymətlərinə ciddi təsir edən amilə çevriləcək. Aqrar sektorda maya dəyərinin formalaşmasında 30 faizə yaxın dizel yanacağının payı var. Bu onu göstərir ki, qiymət artımı bu sahədə daha çox diqqətə çarpacaq. Çünki birdən-birə dizel yanacağının qiymətinin 34 faiz artması kənd təsərrüfatı məhsullarının qiymətlərinə ciddi təsir göstərəcək.


 

Bundan başqa bahalaşma logistikaya, daşımalara da təsir edəcək. Axşam saatlarından etibarən super marketlərə daşımanın xərci artıb. Çünki bu daşımanı həyata keçirən nəqliyyat vasitələrinin böyük əksəriyyəti dizel yanacağı ilə işləyir. Bu baxımdan artıq bu gündən etibarən marketlərdə bahalaşmanın şahidi olacağıq.

 

Bir neçə aydan sonra, əsasən mart ayında aqrar sahədə qiymət artımını müşahidə edəcəyimizi düşünürəm. Ümumilikdə mart-aprel aylarında bazarda kənd təsərrüfatı mallarının qiyməti kifayət qədər yüksələcək".

 

İqtisadçı ekspert şəhərlərarası daşımalarda qiymətin kifayət qədər qalxacağını qeyd edib:



"İctimai nəqliyyatda gediş haqqının da artırıılması gözlənilir. Taksilərdə qiymətlər artacaq. "BakuBus” avtobuslarının əksəriyyəti sıxılmış qazla işləyir. Amma avtobuslar sıxılmış qazla işləsə belə keçən ildən başlayaraq Bakı Nəqliyyat Agentliyi və BakuBus Səhmdar Cəmiyyəti tez-tez açıqlama verirdi ki, sərnişindaşımada maya dəyəri yüksəkdir və təklif olunan qiymətlər aşağıdır.

 

Bunu nəzərə alaraq deyə bilərəm ki, bu sahədə də qiymət artımı olacaq. Şəhərlərarası daşımalarda indi karantin rejimi olduğu üçün kifayət qədər azalmalar var. Lakin karantindən sonra şəhərlərarası gedişhaqqının da kifayət qədər bahalaşması gözlənilir".

 

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...