İlham Əliyev daha bir generalı işdən çıxartdı

İlham Əliyev daha bir generalı işdən çıxartdı
Müdafiə Nazirliyində daha bir nəfər vəzifədən çıxarılıb. Aznews.az-a daxil olan məlumata görə, nazirliyin Kadrlar İdarəsinin rəisi, general-mayor Rasim Əliyev vəzifəsindən azad edilib. 
General-mayor Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsinə gətirilib.
Məlumat üçün bildirək ki, sözügedən vəzifənin rəisi, polkovnik Rüfət Əmirov dünən bu vəzifədən çıxarılıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Rasim Əliyev 2014-cü ilin may ayında Kadrlar İdarəsinin rəisi təyin edilmişdi. Bundan əvvəl isə o, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin rəisi postunda idi.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sabah “ASAN xidmət” işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.   ...

Ceyhun Bayramov Bin Nunla görüşdü

8 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza...

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına q...

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...

Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI - VİDEO

Məktəblilər arasındakı dava ölümlə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Tərtərdə baş verib. Mübahisə edən şagirdlərdən biri digərinə xəsarə...