İki oğlan yeniyetmə qızı zorladı — Bakıda rüsvayçılıq

İki oğlan yeniyetmə qızı zorladı — Bakıda rüsvayçılıq
 

Bakıda yeniyetmə qızı zorlamaqda təqsirləndirilən Eltac Qasımzadə və Rövşən İsanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Sfera.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyun ayının 4-nə təyin olunub.

Qeyd edək ki, E. Qasımzadə və R. İsa yetkinlik yaşına çatmayan M.Səfərlini (ad şərtidir) zorlayıblar. Qızın valideynləri məsələdən xəbardar olduqdan sonra polisə şikayət edilib. Şikayət əsasında hər iki şəxs saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 149.2.3-cü (zorlama,yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) ittiham verilib. Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərə verilən ittiham məhkəmədə öz təsdiqini taparsa, E. Qasımzadə və R. İsanı uzun müddətli həbs cəzası gözləyir.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...