"Mançester Siti" "Çelsi"ni darmadağın etdi
Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti" "Çelsi"ni 6:0 hesabı ilə darmadağın edib. Görüş Mançester şəhərinin "Ehtihad" stadionunda baş tutub. "Mançester Siti" bu qələbə sayəsində xallarının sayını 65 çatdıraraq, Premyer-Liqanın turnir cədvəlində liderliyə yüksəlib. "Çelsi" 50 xal ilə 6-cı pilləyə enib. "Mançester Siti” – "Çelsi” - 6:0 Sterlinq, 4, 80, Aquero, 13, 19, 56 (pen.), Gündoğan, 25