Logo

Poqba bu dəfə xilaskar ola bilmədi: “Mançester Yunayted” öz meydanında uduzdu

Poqba bu dəfə xilaskar ola bilmədi: “Mançester Yunayted” öz meydanında uduzdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb. İlk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

Hər iki matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Romada İtaliya paytaxtının eyniadlı təmsilçisi "Porto”nu sınağa çəkib. A seriyasında Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan meydan sahibləri Portuqaliya çempionatının lideri ilə görüşdə 2:1 hesablı qələbəyə seviniblər. Zaniolo dubl edərək komandasına qələbə qazandırıb.

Günün digər oyunu Mançesterdə keçirilib. İngiltərə çempionatında yüksələn qrafik çıxan MY Fransa PSJ-sini qəbul edib. Qarşılaşmaya çox ciddi itkilərlə çıxan qonaqlar bununla belə səfərdən 2:0 hesablı qələbə ilə dönməyi bacarıblar. Mbappe və Kimpembe Di Mariyanın ötürməsini qola çevirib.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

12 fevral

"Roma” (İtaliya) – "Porto” (Portuqaliya) - 2:1

Zaniolo, 70, 76 - Adrian, 79

Roma. Olimpiya stadionu. Baş hakim: Danni Makkelli (Hollandiya)

"Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa) - 0:2

Kimpebme, 53, Mbappe, 60

Mançester. "Old Traffors” stadionu. Daniele Orsato (İtaliya)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR