Skandinaviya milliləri Bakıda keçiriləcək Avro-2020-yə belə vəsiqə qazanıb - VİDEO
Dörd oyunu Bakıda keçiriləcək Avro-2020-yə daha iki komanda vəsiqə qazanıb. Sfera.az xəbər verir ki, bunlar Skandinaviya yığmalarıdır. F qrupunda İsveç əsas rəqibi Rumıniyanı səfərdə 2:0 məğlub etməklə qrupda ikinciliyi özünə təmin edib. J qrupunda isə Finlandiya Lixtenşteynə 3:0 qalib gəlməklə buna nail olub. Bununla da finlər tarixlərində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. Qeyd edək ki, daha əvvəl 10 komanda – İngiltərə, Çexiya, Ukrayna, İspaniya, Polşa, Fransa, Türkiyə, Belçika,