Məşhur baş məşqçiyə güllə və təhdid dolu məktub göndərdilər

"İnter" (İtaliya) klubunun baş məşqçisi Antonio Konte anonim şəxs(lər) tərəfindən təhdid edilib.
Sfera.az xəbər verir ki, çalışdırıcıya içində güllə olan məktub göndərilib. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb. Təhlükəsizlik əməkdaşları 50 yaşlı mütəxəssisin qorunacağını bildirib. Onun evininin qarşısında və klubun bazasının yaxınlığında nəzarət daha da gücləndiriləcək, mühafizəçi olacaq.
Qeyd edək ki, Antonio Konte mövsümün əvvəlində Milan təmsilçisinin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 12 turdan sonra 31 xal toplayıb və lider "Yuventus"dan bir xal geri qalır.
Xatırladaq ki, Konte mövsümün əvvəlində Milan təmsilçisinə baş məşqçi olaraq gəlib. Onun komandası 12 turdan sonra 31 xalla ikinci pillədə qərarlaşıb.(yeni sabah)