AFFA rəsmiləri UEFA seminarında
Rusiyanın paytaxtı Moskvada UEFA-nın regional oyun nümayəndələri üçün seminar keçirilir. Sfera.az AFFA-nın saytına istinadən xəbər verir ki, seminarda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alan Sərxan Hacıyev, Könül Mehtiyeva, Zaur Hacı-Məhərrəmov, Orxan Hüseynzadə və oyun meneceri kimi fəaliyyət göstərən Emin Cəfərov iştirak edirlər. Qeyd edək ki, fevralın 11-də başlayan seminara bu gün yekun vurulacaq.