Logo

“Milan”ın avrokubokdakı oyunu azərbaycanlı referiyə tapşırılıb

“Milan”ın avrokubokdakı oyunu azərbaycanlı referiyə tapşırılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli hakim Zaur Hacıyevə növbəti təyinat göndərib.

Sfera.az xəbər verir ki, təmsilçimiz bu dəfə kişi voleybolçular arasında keçirilən "Çelenc Kap”ın 1/8 final mərhələsində iş başında olacaq.

O, "Milan” (İtaliya) ilə "Mladost” (Xorvatiya) arasında cavab görüşündə baş hakim funksiyasını yerinə yetirəcək. Fevralın 13-də Milanda baş tutacaq oyunda köməkçi referi isə ispaniyalı Fernando Benites olacaq.

Qeyd edək ki, bu komandaların ilk qarşılaşmasında italyanlar 3:0 hesabı ilə qalib gəliblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR