Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
İdman
Futbol, Premyer Liqa və milli komanda, güləş, cüdo, karate — nəticələr, transferlər və şərhlər.
9 mart 2021, çərşənbə axşamı
Reytinq açıqlandı:
Yeddi cüdoçumuz Olimpiadaya gedə bilir
Cüdoçuların reytinq cədvəli açıqlanıb. Sfera.az xəbər verir ki, kişilərin 60 kq çəki dərəcəsində idmançılarımızın "Böyük Dəbilqə” yarışlarında uğurlu çıxışı onların reytinqdə yüksəlməsinə səbəb olub. Belə ki, ötən ay İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş "Böyük Dəbilqə”nin qalibi Davud Məmmədsoy 32-ci yerə qalxıb. Bu ay zədə səbəbindən Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə”də iştirak edə bilməyən Davudun Olimpiadaya getmək şansları yüksəkdir. Çünki onu Olimpiadaya vəsiqə
19:00
Yoahim Löv yığmadan gedir -
RƏSMİ
Yoahim Löv futbol üzrə Avropa çempionatından sonra Almaniya milli komandasının baş məşqçi postunu tərk edəcək. Sfera.az-ın Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, 61 yaşlı mütəxəssis 2022-ci il dünya çempionatınadək olan müqaviləsinin AVRO-2020-dən sonra pozulmasını xahiş edib. DFB isə bu müraciəti müsbət cavablandırıb. Qeyd edək ki, Yoahim Löv Almaniya millisində 2004-cü ildən köməkçi-məşqçi, 2006-cı ildən isə baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında
14:33
Marek Hamşikin yeni klubu -
RƏSMİ
Çinin "Dalyna Lifan" klubundan ayrılan Slovakiya millisinin futbolçusu Marek Hamşik karyerasını İsveçdə davam etdirəcək. Sfera.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Göteborq” klubuna keçib. Təcrübəli futbolçu ilə 7 aylıq müqavilə imzalanıb. Hamşik 2007-2019-cu illər aralığında "Napoli”də çıxış edib. O, 2019-cu ildə Çin klubuna keçmişdi.
13:55
Dünyanın ən istedadlı futbolçuları açıqlandı -
SİYAHI
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2000-ci il təvəllüdlü perspektiv vəd edən futbolçuların siyahısını yayımlayıb. Sfera.az xəbər verir ki, CIES istedadlı hesab edilən 10 ən yaxşı oyunçunu tvitterdə paylaşıb. Siyahıya Almaniyanın "Borussiya" (Dortmund), İngiltərənin "Mançester Siti" və Fransanın "Lill" klublarından hərəyə iki futbolçu düşüb. 1. Ceydon Sanço ("Borussiya" Dortmund, Almaniya) 2. Alfonso Deyvis ("Bavariya", Almaniya) 3. Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya) 4.
09:47
8 mart 2021, bazar ertəsi
"Neftçi" liderliyini möhkəmlətdi
Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. Sfera.az xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matç erkən qolla başlayıb. Namik Ələskərov 6-cı dəqiqədə hesabı açıb. 19-cu dəqiqədə Ömər Buludov fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 62-ci dəqiqədə "Keşlə"nin məşqçisi Azər Bağırov baş hakim Rauf Cabbarovun qərarına etiraz etdiyi üçün qırmızı vərəqə görərək texniki zonadan
21:00
AFFA ukraynalı futbolçunu milliləşdirir
Ukraynanın "Mariupol” klubunun yarımmüdafiəçisi Eldar Quliyev Azərbaycan millisinə çağırıla bilər. Sfera.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, AFFA əslən azərbaycanlı olan Quliyevi gənclərdən ibarət yığmaya çağırılması üçün milliləşdirmək niyyətindədir. Assosiasiya bununla bağlı 18 yaşlı oyunçuya dəvət göndərib və futbolçu fikirləşmək üçün vaxt istəyib.
19:27
Harri Kyuell istefaya göndərildi
İngiltərənin "Oldhem” klubu baş məşqçi Harri Kyuelli istefaya göndərib. Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kyuell komandanın uğursuz çıxışına görə baş məşqçi postundan kənarlaşdırılıb. "Oldhem” mübarizə apardığı İngiltərə 4-cü divizonunda 16-cı sırada qərarlaşıb. 42 yaşlı mütəxəssis 2020-ci ilin avqustundan "Oldhem”i çalışdırırdı.
17:59
“Barselona”nın yeni prezidenti müəyyənləşdi
"Barselona”nın yeni prezidenti müəyyənləşib. Sfera.az xəbər verir ki, ötən gün keçirilən seçkidə 54,28 faiz səs toplayan Xoan Laporta qalib gəlib. Digər namizədlər - Viktor Font 29,99, Toni Freyşa isə 8,58 faiz səs yığıb. Laporta 2026-cı ilə qədər Kataloniya klubunun rəhbəri olacaq. O, daha öncə 2003-2010-cu illərdə "Barselona”nın prezidenti olub.
14:14
6 mart 2021, şənbə
Rüstəm Orucov bürünc qazandı
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük dəbilqə” turnirində Azərbaycan komandası bürünc medal qazanıb. Sfera.az xəbər verir ki, komandamızın aktivinə ilk medalı Rüstəm Orucov (73 kq) yazdırıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edib. Martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.
22:40
Premyer Liqa:
XX turun oyun cədvəli açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli məlum olub. Sfera.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Tura martın 13-də keçiriləcək "Qarabağ” – "Sabah” oyunu ilə start veriləcək. XX tur martın 14-də "Neftçi” –"Səbail” qarşılaşması ilə başa çatacaq. Azərbaycan Premyer Liqası, XX tur 13 mart (şənbə) 17:00. "Qarabağ” – "Sabah” "Azersun Arena” 19:15. "Sumqayıt” – "Keşlə” "Kapital Bank Arena” 14 mart (bazar)
17:16
5 mart 2021, cümə
Futbolda yeni qaydalar qəbul olundu
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar çıxarıb. Sfera.az xəbər verir ki, İFAB oyun vaxtı beyin silkələnməsi baş verdikdə 4-cü əvəzetmənin sınağına başlayacağını açıqlayıb. Sınaq müddəti 2022-ci ilin avqustuna qədər davam edəcək. Oyunçuda beyin silkələnməsi şübhəsi olduqda əlavə əvəzetmə həyata keçirilə bilər. Hətta əvəzetmə limiti dolsa belə. Qurum həmçinin əllə oyun qaydasının da izahatlarını verib. Əllə oyun zamanı qayda pozuntusu aşağıdakılardır: Topa bilərəkdən əllə
23:31
Millimizin oyununa bütün təyinatlar açıqlandı
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər oyununun bütün təyinatları müəyyənləşib. Sfera.az-ın məlumatına görə, görüşün əsas referisi polşalı Damian Qrabovski olacaq. İkinci hakim funksiyasını onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək. Matçın üçüncü hakimi moldovalı Viktor Bugenko, UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq. Qeyd edək ki, martın 9-da Çoresku İdman zalında keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da start
22:38
"Barselona"da Pike şoku
"Barselona”nın müdafiəçisi Jerar Pike sıradan çıxıb. Sfera.az xəbər verir ki, 34 yaşlı futbolçu İspaniya kubokunun yarımfinal mərhələsində "Sevilya” ilə cavab oyununda (3:0) zədələnib. Sağ dizindən zədə alan futbolçunun müalicə prosesi başlayıb. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil. Pike ötən ilin noyabrında sağ dizindən zədələnmişdi. O, fevralın ortalarında geri dönmüşdü.
17:13
4 mart 2021, cümə axşamı
AFFA "Neftçi"ni cərimələdi
AFFA İntizam Komitəsi "Neftçi"ni 4 000 manat məbləğində cərimələyib. Sfera.az xəbər verir ki, buna "ağ-qaralar"ın Premyer Liqanın XVIII turunun "Sabah"la ev oyununda (2:1) işıqlandırma səbəbindən fasilələr yaranması səbəb olub. Həmçinin "Sumqayıt” – "Zirə” matçında (0:0) Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibləri 800 manat cərimə olunub.
16:01
Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Sfera.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv Belarus yığması ilə qarşılaşacaq. Görüş iyunun 2-də paytaxt Minskdəki Milli Olimpiya Stadionunda baş tutacaq. Oyunun saatı ilə bağlı əlavə məlumat veriləcək. Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alaniyada Türkiyə yığması ilə də yoldaşlıq matçı keçirəcək.
15:23
Azərbaycan kubokunun oyunlarının vaxtı dəyişdi
AFFA Azərbaycan milli komandasının Türkiyə milli komandası ilə 27 may 2021-ci il tarixdə nəzərdə tutulmuş yoxlama oyunu ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində müvafiq dəyişiklik etməyi xahiş edib. Sfera.az xəbər verir ki, Azərbaycan milli komandasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alaraq PFL aşağıdakı dəyişiklikləri həyata keçirib. Premyer
13:55
3 mart 2021, çərşənbə
Hakimi vuran baş məşqçiyə sərt cəza verildi
Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi "Alaniya" klubunun baş məşqçisi Spartak Qoqniyevə 8 oyunluq cəza verib. Sfera.az xəbər verir ki, buna 40 yaşlı mütəxəssisin Milli Futbol Liqasının (FNL) "Tom"la oyununda (2:3) referi Artyom Çistyakovu vurması səbəb olub. İnsident final fitindən sonra baş verib. Daha əvvəl baş hakimlə mübahisə etdiyinə görə texniki zonadan kənarlaşdırılan Qoqniyev meydana daxil olaraq, referinin qarın nahiyyəsinə zərbə endirib. Baş məşqçi sonradan etdiyi hərəkətə
23:59
Daha bir şahmatçı Çempionlar Turunda iştirak edəcək
"Bu, məndən qaynaqlanan problem deyil. İndiyədək Maqnus Karlsendən dəvət almamışam". Sfera.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov feysbukda beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turuna dəvət almaması barədə danışarkən deyib. Məmmədyarov bunun qəribə hal olduğunu bildirib: "Elə bir idman növü olmaz ki, sən "Top-10"da olasan, amma bu cür turnirə
20:51
AFFA-nın icraçı vitse-prezidenti Mərakeşin səfiri ilə görüşdü
Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Mərakeş Krallığının ölkəmizdəki səfiri Mohamed Adil Embarşı qəbul edib. Sfera.az-ın məlumatına görə, görüş milli assosiasiyanın inzibati binasında baş tutub. Hər iki tərəf futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanlarını müzakirə edib.
20:40
Millimizin yekun heyəti açıqlandı
Avropa çempionatının seçmə mərhələsində Moldova ilə keçirəcəyi oyunlar üçün futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib. Federasiyadan Sfera.az-a verilən məlumata görə, karyerasını İspaniya klublarında davam etdirən Qalo və Rafael Vilela da bu gün komandaya qoşulub. Zədəli Emin Kurdovu isə Cavad Məmmədov əvəzləyib. Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə 14 futzalçının xidmətindən yararlanacaq: Qapıçılar: Rövşən Hüseynli, Cavad Məmmədov Oyunçular: Bolinha, Rizvan
12:45
"Qarabağ"ın keçmiş futbolçusu karyerasını bitirdi
"Qarabağ"ın keçmiş futbolçusu Miçel Madera karyerasını başa vurub. Sfera.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçinin son klubu İspaniya "Luakin"inin rəsmi saytı xəbər yayıb. Miçelin fiziki problemləri üzündən müqaviləsinə qarşılıqlı razılıq əsasında son qoyaraq, yaşıl meydanlarla vidalaşdığı açıqlanıb. Bildirilib ki, bu problemləri təcrübəli oyunçunun lazımi səviyyədə çıxış etməsinə imkan vermir. Qeyd edək ki, Miçel Madera "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O,
10:57
2 mart 2021, çərşənbə axşamı
“Qarabağ” yenidən liderliyə yüksəldi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib. Sfera.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Turun açılış matçında "Keşlə" klubu "Səbail"in qonağı olub. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Günün digər matçında "Qarabağ" komandası "Qəbələ"ni qəbul edib. Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanaraq yenidən liderliyə (36 xal) yüksəlib. Bu günün oyunları: "Qarabağ” – "Qəbələ” - 3:0 "Səbail” –"Keşlə” - 1:1 Sabah keçiriləcək oyunlar: "Sumqayıt" -
21:17
Qurban Qurbanov:
"Bəzi oyunlarda çətinlik çəkirik"
"Pis oyun alınmadı. Temp sonadək düşmədi. "Qəbələ" məğlub olsa da, öz oyun intizamını qorudu. Futbolçularımdan razı qaldım. Bəzi oyunlarda çətinlik çəkirik. Artıq bu görüşü unutmalıyıq". Sfera.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"ni hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, bəzən uduzulan oyunlar komandanın xeyrinə olur: "Amma "Neftçi" ilə
20:41
"Neftçi" - "Keşlə" oyunlarının yeri dəyişdirildi
"Neftçi" və "Keşlə" arasındakı futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarının yeri dəyişdirilib. Sfera.az-ın məlumatına görə, III dövrədə XIX turun oyunu "Neftçi” – "Keşlə”, IV dövrədə XXV turun qarşılaşması isə "Keşlə” – "Neftçi” olub. Səbəb kimi "Bakcell Arena”da aparılacaq təmir və yenidənqurma işləri göstərilib.
20:07
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›