Marek Hamşikin yeni klubu - RƏSMİ
Kateqoriya məlum deyil
Çinin "Dalyna Lifan" klubundan ayrılan Slovakiya millisinin futbolçusu Marek Hamşik karyerasını İsveçdə davam etdirəcək.
Sfera.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Göteborq” klubuna keçib. Təcrübəli futbolçu ilə 7 aylıq müqavilə imzalanıb.
Hamşik 2007-2019-cu illər aralığında "Napoli”də çıxış edib. O, 2019-cu ildə Çin klubuna keçmişdi.






