Sabiq futbolçu FİFA-ya şikayət etdi: "Haqqım olanı tələb etmişəm"
“Qalatasaray"ın sabiq futbolçusu Sofian Fequli ona olan borcuna görə klubu FİFA-ya şikayət edib. Əlcəzairli futbolçunun yığılan debitor borcları, matç başına mükafatlar, bonuslar və ev kirayəsi ilə bağlı FİFA-ya "Qalatasaray"dan şikayət etdiyi məlum olub. Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fequli mətbuata verdiyi açıqlamada məlumatı təsdiqləyib. “Qalatasaray”da borclarımı almaq üçün çox çalışdım, Dursun Özbəklə həll yolu tapmağa çalışdıq, mümkün olmadı. Baxdım ki, bu transfer