Sabiq futbolçu FİFA-ya şikayət etdi: "Haqqım olanı tələb etmişəm"
“Qalatasaray"ın sabiq futbolçusu Sofian Fequli ona olan borcuna görə klubu FİFA-ya şikayət edib.
Əlcəzairli futbolçunun yığılan debitor borcları, matç başına mükafatlar, bonuslar və ev kirayəsi ilə bağlı FİFA-ya "Qalatasaray"dan şikayət etdiyi məlum olub.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fequli mətbuata verdiyi açıqlamada məlumatı təsdiqləyib.
“Qalatasaray”da borclarımı almaq üçün çox çalışdım, Dursun Özbəklə həll yolu tapmağa çalışdıq, mümkün olmadı. Baxdım ki, bu transfer dövründə heç bir iqtisadi problem yoxdu. Vəkilimə dedim ki, “Qalatasaray”ın nə borcu qalıbsa alsın”- deyə o açıqlamasında bildirib.
"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan 32 yaşlı futbolçu FİFA-ya etdiyi şikayətlə bağlı gələn reaksiyalardan sonra sosial şəbəkədə:
“Ailəm, klubumu səmimiyyətlə sevirəm və azarkeşlər qarşısında da oynamağı sevirdim. Əbədi xatirələrlə ayrılmışam. Futbol mənim həvəsim və peşəmdir. 5 mövsüm üçün gecikmələri qəbul etmişəm. İndi isə haqqım olanı tələb etmişəm. Mən heç kimdən oğurluq etməmişəm, faiz götürməmişəm. Birlikdə iki kubok qazandıq, hörmət davam etməlidir” - paylaşımı edib.
Aynil






