İdmançıların vahid geyim forması təqdim olundu
Azərbaycan idmançılarının vahid geyim forması təqdim olunub. Sfera.az-ın məlumatına görə, təqdimat mərasimi Milli Gimnastika Arenasının ərazisində, açıq havada gerçəkləşib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Forma modelyer Mənzər Hacıyeva tərəfindən hazırlanıb və ağ-göy rəngdədir. Nazir deyib ki, geyimlər üçün böyük şirkətlərə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər: "Formanın hazırlanması bir ildən çoxdur ki, davam edir. Belçika şirkəti bizə dəstək oldu.