Logo

Azərbaycan - Estoniya oyununun hakimləri bəlli oldu

Azərbaycan - Estoniya oyununun hakimləri bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu üçün təyinatlar açıqlanıb.

Sfera.az xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Andrey Berkaya laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 17-də "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Estoniya matçı saat 20:00-da başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR