Azərbaycanın 8 atleti III Avropa Oyunlarında çıxış etdi
Azərbaycanın 8 atleti Polşada start götürən III Avropa Oyunlarında çıxış edib. Sfera.az -ın məlumatına görə, 3-ü Divizionda yer alan idmançılar ilk gündə millinin hesabına 70 xal qazandırıblar. Ən yaxşı nəticəyə Anna Skidan imza atıb. O, çəkic atmada (71,69 m) 11 iştirakçı arasında birinci olub. Aleksis Koppellonun çıxışını da uğurlu saymaq olar. 38 yaşlı atlet üç təkanla tullanmada (15,91 m) 14 idmançı arsında ən yaxşı ikinci göstərici ilə yadda qalıb. Lamiyə Vəliyeva 400 m məsafəni 55,79