Logo

“Qarabağ”ın Polşa klubu ilə oyununun vaxtı müəyyənləşdi

“Qarabağ”ın Polşa klubu ilə oyununun vaxtı müəyyənləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ”ın Polşa klubu “Legiya” ilə keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

Sfera.az xəbər verir ki, qarşılaşma iyulun 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu, Azərbaycan çempionunun Avstriya təlim-məşq toplanışı çərçivəsində ikinci sınaq matçı olacaq. Qurban Qurbanovun kollektivi polşalılara qədər iyunun 27-də Macarıstan klubu “Ferentsvaroş”la üz-üzə gələcək.

Qeyd edək ki, 2023/2024 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR