Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Unikal" xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə 1/16 finalın cütlükləri bəlli olacaq. Püşkatmada əsas mərhələdə 9-24-cü yerləri tutan 16 komanda - “Atalanta”, “Milan”, "Yuventus" (hamısı İtaliya), “Borussiya Dortmund”, “Bavariya” (hər ikisi Almaniya), “Real Madrid” (İspaniya), PSV, "Feyenoord" (hər ikisi Niderland), PSJ, "Brest", "Monako" (hamısı Fransa), "Benfika", "Sportinq" (hər