6 cüdoçumuz Parisdə mübarizəyə başlayır

6 cüdoçumuz Parisdə mübarizəyə başlayır

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.

 

Sfera.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxacaq.

 

60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov Kenta Sekimoto (Yaponiya) - Caba Papinaşvili (Gürcüstan) cütünün qalibini, Hüseyn Allahyarov Baxrom Boturovu (Özbəkistan) sınağa çəkəcək.

 

66 kiloqramda Ruslan Paşayev Nyamrençin Badamraqça (Monqolustan) - Çannyeonq Kim (Cənubi Koreya) duelinin qalibi ilə, Rəşid Yelkiyev Yusuf Nurkoviçlə (Monteneqro) qarşılaşacaq.

 

73 kiloqram çəkidə yer alan Rəşid Məmmədəliyev Valtteri Olinlə (Finlandiya), Vüsal Qələndərzadə isə Laşa Şavdatuaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə"də 10 cüdoçu ilə təmsil olunur.


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə müzakirələr apardı

İran İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə gör...

Rusiya dövlət şirkətinin erməni meneceri həbs olundu

Rusiyada məhkəmə "Rosnano" şirkətinin keçmiş icraçı direktor müavini, maliyyə şöbəsinə rəhbərlik edən Artur Qalstyanı vəzifə səlahiyyətlərindən sui-is...

Bərdədə ƏMƏLİYYAT: saxlanılanlar var

Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər...

Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun

Ofis şəraitində çalışan hər bir şəxs xroniki yorğunluqdan əziyyət çəkir. Buna səbəb gün ərzində çox oturmaq, eyni nöqtəyə baxmaqdır.   Sfera.az xəbər...

Türkiyə Ordusu İraqda iki terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçiririb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən...

Ərəb ölkələri Qəzza ilə bağlı çağırış etdi

Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, eləcə də Fələstin Azadlıq Təşkilatı və Ərəb Liqası beynəlxalq ictimaiyyəti Qəzza zolağ...