Şahmat üzrə Azərbaycan çempionatı başladı



Şahmat üzrə Azərbaycan çempionatı başladı

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

 

Sfera.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, şahmatçılar, məşqçilər və digər rəsmi şəxslər iştirak ediblər.

 

İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "Çox şadam ki, güclü şahmatçılar çempionatda iştirak edəcəklər. Buna nail olmaq üçün xeyli işləməli olduq. Azərbaycanın hüdudlarından kənarda yaşayan şahmatçılar da gəliblər. Bu da sevindirici haldır. Bu, kişilər arasında Azərbaycanın 80-ci, qadınlar arasında 75-ci çempionatıdır. Yarışın ədalətli keçməsini istəyirik. Şahmatçıların taxta arxasında döyüşkən və fəal mübarizə aparacağına ümid edirik. Əsl idman mübarizəsi olacaq. Maraqlı partiyalar görəcəyik. Hamınıza uğurlar arzulayıram".

 

Fərid Qayıbov ölkə başçısının hər il idmançılarla görüşdüyünü söyləyib: "Təltif olunan arasında şahmatçımız da oldu. Daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Azərbaycan Şahmat Federasiyası yaxşı işlər görür. Azərbaycan çempionatının səviyyəsi qalxıb, şahmatçılarımız da buna layiqdirlər. Bu idman növü çox məşhur. Şahmatda nəticələrimiz ildən-ilə yaxşılaşır. Bizi maraqlı çempionat gözləyir".

 

Son olaraq turnirin tanıtım videoçarxı nümayiş etdirilib.

 

Qeyd edək ki, ölkə çempionatında 1-ci mərhələnin oyunları fevralın 1-i saat 15:00-da start götürəcək. Kişilərin yarışının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Kişilərdə 26, qadınlarda 16 qrossmeyster ölkə çempionu adı uğrunda mübarizə aparacaq.


OXŞAR XƏBƏRLƏR

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...