Logo

"Qalatasaray" - "Fənərbaxça" derbisinə saatlar qaldı - Son durum

"Qalatasaray" - "Fənərbaxça" derbisinə saatlar qaldı - Son durum
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə maraqla gözlənilən "Qalatasaray"-"Fənərbaxça" derbisi bir neçə saatdan sonra start götürəcək.

Sfera.az  
xəbər verir ki, İstanbul derbisi bu gün yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 21:00-da) "CimBom"un "Türk Telekom" adlı stadionunda baş tutacaq. 
 
Qeyd edək ki, ötən mövsüm "Türk Telekom"da keçirilən ilk derbi 2-2 hesabı ilə yekunlaşmışdı. "Kadıköydə"ki qarşılaşmada da qalib müəyyənləşməmişdi 1-1.

Böyük maraqla gözlənilən qarşılaşmanı məşhur hakim Cüneyt Çakır idarə edəcək. Derbinin VAR hakimi isə Koray Gençerler olacaq.
 
"Qalatasaray" - "Fənərbaxça" derbisini "beIN Sports 1" kanalı ilə canlı yayımlanacaq.


Baş məşqçi Fateh Terminin "Fənərbaxça"ya qarşı meydana buracağı ehtimal olunan əsas heyət:
 
Muslera, Mariano, Luyindama, Markao, Yuto Naqatomo, Mario Lemina, Stiven Nzonzi, Younes Belhanda, Sofiane Fequli, Rayan Babel, Radamel Falkao.

Ersun Yanın "Qalatasaray"a qarşı meydana buracağı ehtimal olunan əsas heyət:

Altay Abad, Ozan Tufan, Zanka, Jailson, Nabil Dirar, Əmrə Belözoğlu, Luiz Qustavo, Dəniz Türüç, Tolga Ciğerci, Maks Kruse, Vedat Muriç
BAKU.WS
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR