“Qalatasaray”da derbi öncəsi ciddi itki
Kateqoriya məlum deyil
"Qalatasaray"ın aparıcı futbolçularından Barış Alper Yılmazın "Fənərbağça" ilə qarşılaşmada oynayıb-oynamayacağı hələ bəlli deyil.
Sfera.az xəbər verir ki, hücumçu "Lill"lə Çempionlar Liqası matçına ayağındakı ağrılarla çıxıb. "Qalatasaray"ın 4:2 hesabı ilə uduzduğu görüşdən sonra futbolçunun vəziyyətinin pisləşdiyi bildirilir.
Komanda həkimlərinin müayinəsindən sonra Yılmazın derbiyə hazır olub-olmadığına qərar veriləcək. Onun mümkün yoxluğu qarşıdakı vacib oyun öncəsi İstanbul təmsilçisi üçün arzuolunmaz hal ola bilər.
Xatırladaq ki, "Qalatasaray" oktyabrın 26-da "Fənərbağça" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.






