Azərbaycan millisinin oyunçusu Bəyreyn klubu ilə müqavilə bağlayıb
İdman
17:44 / 24.09.2019
1321
Azərbaycan millisinin voleybolçusu Vüqar Bayramov karyerasını Bəhreyndə davam etdirəcək.
Sfera.az-ın APA-ya istinadla məlumatına görə, 27 yaşlı 4-cü zona oyunçusu "Al Nassr Saudi” klubu ilə anlaşıb.
O, Asiya təmsilçisi ilə bir mövsümlük müqavilə bağlayıb. 197 sm boya malik hücumçu artıq yeni komandasının düşərgəsinə yollanıb.
Qeyd edək ki, ötən mövsümü İndoneziyanın "Jakarta Pertamina Energi” klubunda oynayan V. Bayramov İran, Türkiyə, Misir və Polşada da legioner həyatı yaşayıb.