Logo

UEFA "Sevilya" ilə oyuna görə "Qarabağ"a intizam işi açıb

UEFA "Sevilya" ilə oyuna görə "Qarabağ"a intizam işi açıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA növbəti dəfə "Qarabağ" klubuna qarşı intizam işi açıb.

Sfera.az xəbər verir ki, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.

Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada  meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq.

Qarşılaşma "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. UEFA ölkə çempionunu bu mövsüm daha iki dəfə cərimə edib (Report).

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR