2019-cu ilin ən yaxşı futbolçu və məşqçiləri kimlər ola bilər?
İdman
17:18 / 23.09.2019
1289
FIFA İtaliyanın Milan şəhərində 2019-cu ilin ən yaxşılarını açıqlayacaq.
SFera.az oxu.az-a istinadla xəbər verir ki, "The Best” mükafatını qazanmağa "Yuventus”dan Kriştiano Ronaldu, "Barselona”dan Lionel Messi və "Liverpul”dan Vircil van Deyk namizəddir.
Dünyanın ali futbol qurumu digər mükafatların da sahibini açıqlayacaq. Tədbir Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Mərasim Milanın məşhur "La Skala” teatrında baş tutacaq.