Logo

Azərbaycanlı hakim Tokio-2020 Yay Olimpiya Oyunlarına təyinat alıb

Azərbaycanlı hakim Tokio-2020 Yay Olimpiya Oyunlarına təyinat alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Vahid Nəzərov növbəti təyinatını alıb.

Sfera.az-ın APA-ya istinadla məlumatına görə, 60 yaşlı mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarda iştirak edəcək.

V. Nəzərov 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında hakimlər briqadasında yer alacaq. O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 4 illiyin ən möhtəşəm yarışında ədaləti qoruyacaq 20 referidən biri olacaq.

Bununla da V. Nəzərov Olimpiadada ikinci sınağına çıxacaq. O, daha öncə London-2012 Yay Olimpiya Oyunlarında iş başında olub. Təmsilçimiz həmçinin Sinqapur-2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da eyni funksiyanı yerinə yetirib.

Qeyd edək ki, həmyerlimiz hazırda Tailandın Pattaya şəhərində keçirilən dünya çempionatında münsiflər heyətinin üzvü və hakim-komissar kimi çalışır. Təcrübəli mütəxəssis yarış zamanı hakimlərin işinə qiymət verəcək. O, dünya çempionatında bu vəzifəni icra edəcək ilk azərbaycanlıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR