Logo

AFFA bu oyuna görə “Qarabağ”ı cəzalandırdı

AFFA bu oyuna görə “Qarabağ”ı cəzalandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sfera.az bildirir ki,  yığıncaqda Premyer Liqanın IV turunda baş verənlər müzakirə olunub.

"Sumqayıt” – "Zirə” matçında hər iki klubun bəzi rəsmilərinin "A” buraxılışından istifadə etməməsinə görə komandalar 800 manat cərimə olunub.

"Sabah” – "Qəbələ” oyununda komandaların 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimələnib.

"Keşlə” – "Səbail” qarşılaşmasında hər iki tərəfin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat ödəyəcək.

"Neftçi” ilə matçda "Qarabağ”ın rəsmi şəxslərinin "A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimələnib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR