Logo

“Qarabağ”ın hesabına 4 milyon avroya yaxın vəsait köçürülüb

“Qarabağ”ın hesabına 4 milyon avroya yaxın vəsait köçürülüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ”ın 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait Ağdam təmsilçisinin hesabına köçürülüb.

Sfera.az bildirir ki, 2 milyon 750 min avronun köçürülməsi AFFA-nın vasitəsilə gerçəkləşib.

Bu vəsait qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, "Qarabağ” FK-nın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR