“Qarabağ” tarixinin rekordunu vurub

“Qarabağ” tarixinin rekordunu vurub
 

Ağdamın "Qarabağ” klubu iki rekorda imza atıb. 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, son Azərbaycan çempionu Premyer Liqanın IV turunda "Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək ardıcıl 12-ci qələbəsini qazanıb. 

Ötən mövsümün son 8 matçında xal itirməyən ağdamlılar cari mövsümdə daha 4 görüşdə qalib gəliblər. Sonuncu dəfə martın 9-da "Zirə” ilə oyunda xal itkisi ilə (0:0) üzləşən Qurban Qurbanovun yetirmələri bununla da klub tarixinin rekorduna imza atıb. Bunadək "Qarabağ”ın Azərbaycan çempionatlarındakı ən uzun qələbə seriyası 11-ə bərabər idi. Bu, 2016-cı ilin mart-may aylarında qeydə alınmışdı.

 

Ağdam klubu startda ardıcıl 4-cü quruhesablı qələbəsini qazanıb. Əyalət təmsilçisi tarixində ilk dəfə mövsümün əvvəlində qol buraxmadan dörd oyunu itkisiz başa vurub. "Qarabağ” bunadək üç dəfə çempionatın ilk dörd turunda qələbə seriyasına imza atsa da, hər dəfə ən azı 1 qol buraxıb. İki mövsümdə startda üç quru hesablı qələbəsi olan komandanın seriyası IV turda qırılıb.

Qeyd edək ki, məğlubiyyətsiz oyunlarının sayını 24-ə çatdıran "Qarabağ” klub tarixinin rekord seriyasını davam etdirib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...