Fasilə bitir: Azərbaycan derbisi olacaq

Fasilə bitir: Azərbaycan derbisi olacaq

abah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Sfera.az-ın APA-ya istinadən  məlumatına görə, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan ikihəftəlik fasilədən sonrakı turun matçları iki günü əhatə edəcək.

İlk oyun gününə Sumqayıtda start veriləcək. Autsayderlər qrupunda yer alan "Sumqayıt” ardıcıl iki məğlubiyyətdən sonra xal hesabını artırmaq üçün mübarizə aparacaq. Son iki matçda uduzmayan bakılılar isə liderlə xal fərqini azaltmaq əzmindədir.
 
Son iki pillənin sahibi olan komandalar "Bank Respublika Arena”da görüşəcəklər. Qələbə həsrətində olan "Sabah” uğursuzluq zolağından çıxmaq üçün autsayderi yenməlidir. "Qəbələ” baş məşqçi dəyişikliyindən sonra ilk xal üçün mübarizə aparacaq. Bu, Elmar Baxşıyevin baş məşqi əvəzi kimi debütü olacaq.

 

İkinci oyun günü turun yeganə paytaxt derbisi ilə başlayacaq. Liderin iki ən yaxın izləyicisi "Bakcell Arena”da qarşılaşacaq. "Keşlə” "Səbail”i bu stadionda qəbul edəcək.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Bütün ölkə çempionatlarında iştirak edən iki klub – "Neftçi” və "Qarabağ” sonuncuların meydanında görüşəcək. Qurban Qurbanovun yetirmələri startda ardıcıl 4-cü qələbə ilə liderliyini möhkəmlətmək üçün qalib gəlməlidir. Roberto Bordinin komandası isə rəqibi ilə xal fərqini azaltmaq üçün səfərdən qələbə ilə dönməlidir.

Azərbaycan Premyer Liqası
IV tur
14 sentyabr (şənbə)

"Sumqayıt” – "Zirə”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Kapital Bank Arena”, 18:00

"Sabah” – "Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bank Respublika Arena”, 20:00

15 sentyabr (bazar)

"Keşlə” – "Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bakcell Arena”, 18:00

"Qarabağ” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

1

Qarabağ

3

3

0

0

8-0

9

2

Keşlə

3

2

0

1

5-1

6

3

Səbail

3

2

0

1

4-4

6

4

Zirə

3

1

1

1

2-2

4

5

Neftçi

3

1

1

1

3-3

4

6

Sumqayıt

3

1

0

2

3-5

3

7

Sabah

3

0

2

1

2-3

2

8

Qəbələ

3

0

0

3

0-9

0

Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt") - 3 qol.



OXŞAR XƏBƏRLƏR

Güney mediası Arif Babayevin vəfatından yazdı

Güney Azərbaycan, xüsusən Təbriz mediası və sosial media şəbəkələrində Azərbaycan xalq artisti Arif Babayevin vəfatı ilə bağlı xəbərlər yayılıb.   Sf...

Arif Babayev dəfn olundu

Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub.   Sfera.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiri...

Baş İdarə əməliyyat keçirdi: həbs olunanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi i...

Hava çirkliliyi beyin qanaması riskini artırır - ARAŞDIRMA

ABŞ-nin Yuta ştatında aparılan yeni elmi araşdırma hava çirkliliyi ilə beyin qanaması arasında mümkün əlaqəni üzə çıxarıb. Yuta Universitetinin neyrocərrahı Dr....

Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir:autizmli uşaqlarla bir gün

Bank of Baku-nun təşəbbüsü ilə növbəti sosial yönümlü tədbir həyata keçirilib.   Belə ki, Bank of Baku-nun təşkilatçılığı və “Birgə və sağlam&r...

Mədəniyyət dərisinə girmiş siyasi dəllal və ya “мальчик на побегушках”

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun guya Azərbaycanda rus mədəniyyətinin ləğv edilməsi barədə verdiyi açı...