"Azərbaycan millisini məğlub etməklə hamıya mesaj göndərdik"
İdman
10:35 / 07.02.2018
1357
Çox gözəl qələbə qazanaraq, hamıya mesaj göndərdik.
Sfera.az report-a istinadən xəbər verir ki, bunu Portuqaliya yığmasının futzalçısı Rikardinyo Avropa çempionatının 1/4 finalında Azərbaycan millisi üzərində 8:1 hesablı qələbəni şərh edərkən deyib.
O, qarşılaşmada 4 dəfə fərqlənərək "poker"ə imza atıb. Bununla da Rikardinyo Avropa çempionatları tarixində vurduğu qolların sayını 21-ə çatdırıb və turnir tarixində ən yaxşı bombardir olub. Portuqaliyalı ulduz rusiyalı Konstantin Yeryomenkonun 17 illik rekordunu qırmasına belə münasibət bildirib:
"Yeremenko kimi yaxşı oyunçunu geridə qoyaraq, Avropa çempionatları tarixində bombardir olmaq maraqlıdır. Lakin futzal hər zaman bizə daha yaxşı işlər görmək üçün şərait yaradır".
Qeyd edək ki, Rikardinyonun Rusiya yığmasına qarşı keçiriləcək yarımfinal matçında öz göstəricisini yaxşılaşdırmaq imkanı olacaq. Matç fevraln 8-də keçiriləcək.