“Barselona” Bakıya gəldi
Kateqoriya məlum deyil
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” klubu Azərbaycana gəlib.
Sfera.az xəbər verir ki, Kataloniya təmsilçisinin üzvlərini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
İspaniya nəhəngini hava limanında komandanın Azərbaycandakı azarkeşləri böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” oyunu saat 21:45-də başlayacaq.






