Logo

Azərbaycan Premyer Liqası: İlk oyun heç-heçə bitdi

Azərbaycan Premyer Liqası: İlk oyun heç-heçə bitdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Zirə" Misli Premyer Liqasının XII turunun açılış oyununda heç-heçə edib.

Sfera.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "İmişli" ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qartallar"ın qollarını 44-cü dəqiqədə Davit Volkov, 55-ci dəqiqədə Rikardo Martins vurublar. Meydan sahiblərindən Seyxan Fərəcov 71 və 76-cı dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib.

Xallarının sayını 20-yə çatdıran "Zirə" hələlik dördüncü pillədə qərarlaşıb. "İmişli" 12 xalla səkkizinci sıradadır.

Günün ikinci görüşündə "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR