Millətlər Liqasında erkən final: Püşk İspaniya və Fransanı üz-üzə qoydu
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, İspaniya millisi 2026/27 mövsümünün UEFA Millətlər Liqasının 1/4 finalında Fransa yığması ilə qarşılaşacaq.
Sfera.az xəbər verir ki, digər 1/4 final oyunlarında Norveç - İngiltərə, Niderland - Portuqaliya və Belçika - Almaniya matçları baş tutacaq.
İlk qarşılaşmalar 25-27 martda, cavab oyunları isə 28-30 mart tarixlərində keçiriləcək.
Yarımfinalda Niderland - Portuqaliya cütünün qalibi İspaniya - Fransa duelinin güclüsü ilə, Belçika - Almaniya matçının qalibi isə Norveç - İngiltərə qarşılaşmasından üstün ayrılan komanda ilə üz-üzə gələcək. Yarımfinallar 9-10 iyunda, üçüncü yer uğrunda oyun və final isə 13 iyunda baş tutacaq.
Bundan əlavə, 2026/2027 mövsümü üzrə UEFA Millətlər Liqasının pley-off (keçid) oyunlarının da püşkü atılıb və bu cütlüklər müəyyənləşib.
B Liqasında oynamaq hüququ uğrunda keçid oyunlarında qarşılaşacaqlar:
Kipr - Şimali Makedoniya;
Estoniya - Rumıniya;
Farer adaları - Gürcüstan;
Belarus - İsrail.
A Liqasında iştirak etmək hüququ uğrunda pley-off matçlarında üz-üzə gələcəklər:
Bosniya və Herseqovina - Danimarka;
Macarıstan - Serbiya;
İrlandiya - Xorvatiya;
Sloveniya - Uels.
İlk pley-off oyunları 25-27 martda, cavab qarşılaşmaları isə 28-30 mart tarixlərində təşkil olunacaq.






