Logo

Arda ilə bağlı qərar verildi: Maaşı artacaq

Arda ilə bağlı qərar verildi: Maaşı artacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Joze Mourinyonun "Real Madrid"in toxunulmazlarından hesab etdiyi və müqaviləsinin yenilənməsini istədiyi türkiyəli futbolçu Arda Güler İspaniya nəhəngi ilə 5 illik müqavilə üçün prinsipial razılığa gəlib. Arda Gülerin "Real Madrid"dən qazanacağı yeni maaşı da məlum olub.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, oyunçu "Real Madrid"lə 5 illik yeni müqavilə imzalayacaq və bundan sonra maaşı artacaq.

Hazırkı müqaviləsindəki bonuslar istisna olmaqla ildə 6 250 000 avro ödəniş alan 21 yaşlı futbolçunun maaşı 8 milyon avroya qədər artırılacaq.

Müqaviləni imzaladıqdan sonra Arda Güler həftəlik 153 846 avro, gündəlik isə 21 917 avro qazanacaq.

Qeyd edək ki, Arda Güler bu mövsüm "Real Madrid"də meydana çıxdığı 14 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR