Logo

Messisiz Argentina ilk oyunda uduzdu

Messisiz Argentina ilk oyunda uduzdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Argentina milli futbol komandası evdə Uruqvaya qarşı yoldaşlıq oyununda 1:2 hesabı ilə məğlub olub.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, argentinalıların müdafiəçisi Leonardo Balerdi 48-ci dəqiqədə topu öz qapısından keçirib. Uruqvay millisində isə 53-cü dəqiqədə Maksimiliano Arauxo hesabdakı fərqi ikiyə çatdırıb. Xulian Alvarezin 73-cü dəqiqədə fərqlənməsi isə Argentina millisi üçün təsəllidən başqa bir şey olmayıb.

Qeyd edək ki, milli komandada karyerasının başa çatdığını elan edən Lionel Messinin vida matçından sonra Argentina milli komandası ilk oyununu keçirib. Argentinalılar 2023-cü ilin noyabr ayından bəri ilk dəfə ev oyununda məğlub olublar. O zaman onlar 2026-cı il Dünya Çempionatı üçün seçmə mərhələnin matçında Uruqvaya 0:2 hesabı ilə məğlub olmuşdular. Argentina növbəti yoldaşlıq oyununu Kosta-Rikaya, Uruqvay isə dominikanlılara qarşı keçirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR