“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
Kateqoriya məlum deyil
İngiltərənin tanınmış klublarından olan "Mançester Yunayted" yeni baş məşqçisinin adını ictimaiyyətə açıqlayıb. Komandanın sükanı arxasına Maurisio Poçettino keçib.
Sfera.az xəbər verir ki, klub rəhbərliyi argentinalı çalışdırıcını Maykl Kerrikin yerinə gətirmək qərarına gəlib. 54 yaşlı mütəxəssisin təyinatı "qırmızı şeytanlar"ın rəsmi internet səhifəsində də təsdiqlənib.
ABŞ millisi ilə son iş təcrübəsini yaşayan Poçettino noyabrın 18-dən etibarən "Mançester Yunayted"də fəaliyyətə başlayacaq.






