“Fənərbağça”da gözlənilməz ayrılıq: Ulduz futbolçu getmək istəyir
Kateqoriya məlum deyil
“Fənərbağça” klubunda gözlənilməz ayrılıq yaşana bilər. Komandanın əsas heyətində yer almaqda çətinlik çəkən Dorgeles Nenenin komandadan ayrılmaq qərarı verdiyi iddia olunur.
Sfera.az xəbər verir ki, 23 yaşlı malili futbolçu oyunlarda az iştirak etdiyi üçün klubdan ayrılmaq istəyir.
Onun menecerindən “Fənərbağça” rəhbərliyi ilə görüşərək ayrılıq prosesinə başlamasını xahiş etdiyi qeyd olunub.
Nenenin adı yay transfer dövründə Almaniyanın “Ştutqart” klubu ilə də hallanıb.
İradə Elsevər






