Logo

AFFA hakimləri təhqir edən futbolçu və məşqçini cəzalandırdı

AFFA hakimləri təhqir edən futbolçu və məşqçini cəzalandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AFFA İntizam Komitəsi II Liqada baş verən qayda pozuntularına görə iki nəfər barəsində qərar çıxarıb.

Sfera.az xəbər verir ki, "Şəmkir"in futbolçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə görüşün 90-cı dəqiqəsində baş hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

Oyunçu dörd matçlıq diskvalifikasiya edilib. "Şəmkir" klubu isə 1 000 manat cərimələnib.

"Difai"nin məşqçisi Əli Hüseynov da oxşar səbəbdən cəzalandırılıb. O, "Zəngəzur"la qarşılaşmanın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib.

İntizam Komitəsinin qərarına əsasən, Əli Hüseynov dörd oyunluq cəza alıb, "Difai" klubu isə 1 000 manat cərimə ödəyəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR