Logo

Batrakov “Qalatasaray”ın tarixinə düşdü

Batrakov “Qalatasaray”ın tarixinə düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qalatasaray”ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov “Ştutqart”a qarşı UEFA Çempionlar Liqasının dördüncü tur matçında iki qol vurub.

Sfera.az xəbər verir ki, Batrakov Burak Yılmaz və Viktor Osimhendən sonra Türkiyə klubunun tarixində ardıcıl üç Çempionlar Liqası oyununda qol vuran üçüncü oyunçu olub.

Batrakov həm də klub rekordunu qırıb. O, 21 yaş 147 günlüyündə İstanbul klubunun tarixində Çempionlar Liqasının bir oyununda iki qol vuran ən gənc futbolçu olub.

Qarşılaşma “Qalatasaray”ın qələbəsi ilə yekunlaşıb – 2:0.

Bu mövsüm rusiyalı bütün yarışlarda 12 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 28 milyon avrodur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR