“Real”ın futbolçusu “Roma”ya keçə bilər
Kateqoriya məlum deyil
“Real” və Mərakeş millisinin üzvü Brahim Diaz yenidən İtaliyaya yollana bilər.
Sfera.az xəbər verir ki, "Sky Sports”un xəbərinə görə, “Roma” mərakeşlini transfer etməyi planlaşdırır.
“Canavarlar” Diaza görə lazımı təzminatı da ödəməyə hazırdır. Brahimin “Real”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Beşiktaş”ın da transfer siyahısındadır.
“Mançester Siti”, “Milan” klublarının da formasını geyinmiş 27 yaşlı futbolçu mövsümün sonunda yekun qərarını verəcək./Trend






