“Neftçi” – “Sabah” matçında qalib müəyyənləşmədi

“Neftçi” – “Sabah” matçında qalib müəyyənləşmədi
Kateqoriya məlum deyil
T

Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” və “Sabah” komandaları qarşılaşıb.

Sfera.az xəbər verir ki, “Palms Sport Arena”da liderlik uğrunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Görüşü baş hakim Rauf Cabarov idarə edib.

Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” və Yuri Vernidubun çalışdırdığı “Neftçi” hərəyə 15 xal toplayaraq liderliyi bölüşürlər.

Qeyd edək ki, tura oktyabrın 11-də yekun vurulacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR