“Barselona” “Vilyarreal”a qalib gəlib
Kateqoriya məlum deyil
İspaniyanın “Barselona” futbol klubu La Liqada XIII tur oyununa çıxıb.
Sfera.az xəbər verir ki, Kataloniya klubu evdə “Vilyarreal”la qarşılaşıb. İlk hissəni qonaqlar 2:0 hesablı üstünlüklə tamamlayıblar.
Lakin ruhdan düşməyən “Barselona” ikinci hissədə üç qol vuraraq qələbə qazanıb.
Hazırda katalonlar 36 xalla turnir cədvəlinə başçılıq edirlər.






