Logo

Azərbaycanın cüdo tarixində rekord...

Azərbaycanın cüdo tarixində rekord...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Sfera.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanja Majdova qalib gəlib.

Bu, Azərbaycan millisinin mundialda 5-ci medalı olub. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər. Bu, Azərbaycan cüdo tarixində rekorddur. İndiyədək heç bir mundialda cüdo yığmamız bu qədər medala sahib çıxmayıb.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR