“Liverpul” Alissonla bağlı qərar verdi

“Liverpul” Alissonla bağlı qərar verdi
Kateqoriya məlum deyil
T

Braziliyalı qapıçı Alisson Bekker mövsümün sonunda "Liverpul"dan ayrılacaq.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq 33 yaşlı qolkiperlə yeni sözləşmənin imzalanması planlaşdırılmır.

Alissonun gələn yay "Liverpul"u azad agent kimi tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, braziliyalı qapıçı 2018-ci ildən "Liverpul"un formasını geyinir. Alisson cari mövsümdə bütün turnirlərdə dörd oyunda meydana çıxıb, beş qol buraxıb və bir matçda qapısını toxunulmaz saxlayıb.

"Liverpul" isə İngiltərə Premyer Liqasında üç turdan sonra beş xalla altıncı pillədə qərarlaşıb

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR